Zaqatalada motosiklet avtomobillə toqquşub, 1 nəfər yaralanıb

Zaqatalada minik maşınının motosikletlə toqquşması nəticəsində bir nəfər ağır xəsarət alıb. APA TV-nin  məlumatına  görə, hadisə  ötən gün rayonun Danaçı kəndi ərazisində baş verib. Kənd sakini 1977-ci il təvəllüdlü Osman Abdurəhman oğlu Quziyevin idarə etdiyi motosikletlə 1954-cü il təvəllüdlü, digər kənd sakini Abdulkərim Ömər oğlu Həsənovun idarə etdiyi “VAZ 2106” markalı minik maşını toqquşub. Nəticədə Osman Quziyev xəsarət alaraq, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Həkim Allahverdi Hacıyev deyib ki, xəstənin vəziyyəti orta-ağırdır.

 

Hazırda yaralı şəxs reanimasiya şöbəsindədir.
 

Fakla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov