Saatlı sakinindən heroin və tiryək götürülüb

Saatlı sakinindən heroin və tiryək götürülüb. APA TV-nin xəbərinə görə, rayon polis şöbəsinin əməkdaşları narkotiklərlə mübarizə çərçivəsində əməliyyat tədbirləri keçiriblər. Əməliyyat zamanı rayonun Qaranuru kənd sakini Elçin Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaasına əsaslar olduğundan şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 2 bükümdə ümumi çəkisi 0.021 qram heroin, xalis çəkisi 22.4 qram olan kibrit qutusunda saxlanılan tiryək aşkar edilib. Eyni zamanda saxlanılan şəxsin etirafından sonra onun evinə baxış keçirilib. Oradan 37.9 qram tiryək aşkarlanıb. Saxlanılan şəxs narkotik aludəçisi olduğunu bildirib.

 

Faktla bağlı cinayət işi açılıb. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı