Xalq artisti Nuriyyə Əhmədovanın oğlu qaraciyər xərçəngindən vəfat etdi
Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın ailəsində faciə baş verib. APA TV-nin məlumatına görə, xalq artistinin oğlu Əli İslamzadə 37 yaşında dünyasını dəyişib. Onun uzun müddətdir ürək çatışmazlığı və qaraciyər xərçəngindən əziyyət çəkdiyi bildirilir. Bu gün səhərə yaxın vəfat edən İslamzadə Əli Xan oğlu Şüvəlan qəbiristanlığında torpağa tapşırılıb.