Bakıda taksi kimi istifadə olunan "BMW" yanıb

Sentyabrın 5-nə keçən gecə Bakıda avtomobildə yanğın olub. APA TV-nin məlumatına görə, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb.

 

Taksi fəaliyyəti ilə məşğul olan "BMW" markalı avtomobilin mühərrik hissəsində yanğın başlayıb. Maşını tərk edən sürücü Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat verib. Hadisə yerinə iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğınsöndürənlər yanan avtomobili söndürüblər və alovun yayılmasına imkan verməyiblər. Maşının mühərrik hissəsi yanıb.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının avtomobilin elektrik naqillərindəki qısaqapanma nəticəsində başladığı ehtimal olunur.

Müəllif | Apa.Tv