Ermənilər mövqelərimizi atəşə tutmaqda davam edirlər
Cəbhə xəttində atəşkəs yenidən pozulub. APA TV-nin Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən xəbərinə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şurabad, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri ərazisindəki mövqelərindən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.