Hİndistanda avtobusu sel aparıb, 50 nəfər itkin düşüb
Hindistanda avtobus dərəyə dərəyə yuvarlanıb. İçində ən azı 50 nəfərin olduğu bildirilən avtobusu sel aparıb. Sərnişinlərin sağ qalmasına heç bir ümid qalmadığı deyilir. APA TV-nin xəbərinə görə, hadisə Kəşmir vilayətinin dağlıq bölgəsində baş verib. Region komissiyasının başçısı Şantmanu açıqlamasında bildirib ki, şahidlərin avtobusda 50-60 adam olduğunu deyiblər. İki dağ arasında başağı yuvarlanan avtobus sel suları arasında görünməz olub. Avtobusu tapmaq mümkün olmayıb.