“Qalatasaray”a federasiyadan ağır cəza!

Türkiyə Superkubokunda “Qalatasaray” və “Fənərbaxça” tərəfdarlarının yolverilməz hərəkətləri hər iki kluba baha başa gəlib. APA TV-nin məlumatına görə, federasiya “Qalatasaray” klubunu 250 min, “Fənərbaxça” klubunu isə 20 min lirə cəzalandırıb. Bu qərara etirazlardan sonra federasiyanın müvafiq qurumu hər iki kluba verən cəzanı ağırlaşdırıb. Yeni qərara əsasən, “Qalatasaray” 100 min lirə cərimələnib və kluba 1 oyun azarkeşsiz oynama cəzası verilib. “Fənərbaxça”nın pul cəzası isə 20 min lirədən 100 min lirəyə qaldırılıb.

Qərara əsasən, “Türk Telekom Arena”da oynanacaq “Qalatasaray” - “Əskişəhərspor” oyununu “sarı-qırmızılı” azarkeşlər izləyə bilməyəcək. Yeni dəyişikliyə əsasən, klublara verilən azarkeşsiz oyun cəzası rəqib komandanın azarkeşlərinə şamil edilmir. Bu səbəbdən həmin oyunda “Əskişəhərspor” azarkeşlərinə stadionun tutumunun 5 faizi həcmində bilet satılacaq.

Müəllif | Apa.Tv
Apa.tv