Novruz Məmmədov: "Sərkisyanın psixi durumu bərbad vəziyyətdədir"

"Son 1 ayda münaqişənin həlli ilə bağlı Sərkisyanla keçirilmiş iki görüşdə belə bir qəti qənaətə gəlmişəm ki, onun psixi durumu bərbad vəziyyətdədir".

 

APA TV-nin xəbərinə görə, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində paylaşıb. Ötən gün Uelsdə keçirilən NATO sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, ABŞ dövlət katibi Con Kerri və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. "Ən yüksək səviyyəli görüşlər zamanı hamı müşahidə edir ki, onun işlətdiyi ifadələr, hərəkətləri, sifətinin mimikası situasiyaya adekvat olmur",- deyə Prezident Administrasiyası rəsmisi görüşlə bağlı bu fikirləri bölüşüb.

 

Xatırladaq ki, sentyabrın 4 və 5-də Uelsdə NATO sammiti keçirilir. Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak edir. 

 

Müəllif | Apa.Tv
Apa.tv