Göygöldə yeznə-qayın bıçaq davasına çıxdı: 1 ölü, 1 yaralı

Göygöl rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Yeznə-qayın aralarında yaranan narazılıq qanlı bitib. Hadisə rayonun  Quşqara kəndi ərazisində qeydə alınıb. Gəncə sakini, 29 yaşlı Kamil Rüstəmov şəxsi münasibətlər zəminində keçmiş qayını 30 yaşlı Urfan Rzayevlə bıçaq davasına çıxıb. Nəticədə hər iki şəxs bədənin müxtəlif nahiyələrindən xəsarət alıb.

 

Göygöl rayon prokurorunun köməkçisi Vasif Süleymanov deyib ki, hər iki şəxs Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Kamil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. O, xeyli miqdarda qan itirdiyindən dünyasını dəyişib. Qətli törədən Urfan Rzayevin vəziyyəti orta-ağır olaraq qalır.

 

APA TV-nin xəbərinə görə, faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli