109 kq narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb

Ötən ay Azərbaycanın dövlət sərhədini pozduğuna görə 39 nəfər saxlanılıbDövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə bildirilib ki, onların 23 nəfəri Azərbaycan, 3 nəfəri İran, 2 nəfəri Özbəkistan, 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 2 nəfəri Qazaxıstan, 2 nəfəri Pakistan, 1 nəfəri Qırğızıstan vətəndaşı olub.

 

Sərhəd rejimi qaydalarını pozduqlarına görə 3 halda 4 nəfər, Xəzər dənizində isə 11 halda 19 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar.

 

Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 268 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

 

Ay ərzində 17 halda ümumilikdə 109 kiloqram 421 qram narkotik vasitənin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Həmçinin, 55 halda ümumi dəyəri təqribən 3 milyon 365 min manat olan qaçaqmal, o cümlədən silah, mobil telefon, spirtli içki, siqaret, qayıq, müxtəlif dərman preparatları və sənaye malları saxlanılıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı