Qərib Məmmədov Göygöldə vətəndaşları qəbul edib

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Göygöldə vətəndaşların qəbulunu keçirib. APA TV-nin xəbərinə görə, qəbulda Göygöl şəhəri ilə yanaşı, Gəncə, Samux, Naftalan, Daşkəsən, Tərtər və Kəlbəcər rayonlarının sakinləri də iştirak ediblər. Şikayətlər Rusiya və digər xarici ölkələrdə müvəqqəti yaşamaları ilə bağlı onların adlarının yerli aqrar islahat komissiyasının səhvindən siyahıya salınmaması, torpaq islahatına dair müvafiq sənədlər işlənib tərtib edilərkən müəyyən texniki qusurlara yol verilməsi və s. ilə bağlı olub.

 

Qəbul zamanə 40-dək sakinin müraciətinə baxılıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli