Bakıda restoran qarşısında qanlı dava: iki qardaş bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Xəzər Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində “Sərin Məkan” restoranının qarşısında qeydə alınıb.

 

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ehtiram Haşımov aralarında yaranan münaqişə zəminində 1988-ci il təvəllüdlü Seyidcəlal Nazim oğlu Revnixanovu və qardaşı Zeynalı bıçaqlayıb.
 

Hər iki şəxs ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən E. Haşımov tutulub. O, polisə ifadəsində bildirib ki, Seyidcəlala avtomobili yüksək sürətlə idarə etdiyi üçün bir neçə dəfə xəbərdarlıq edib. Lakin Seyidcəlal xəbərdarlıq məhəl qoymadan müxtəlif manevrlər edərək yüksək sürətlə küçədən keçib. Sonuncu dəfə Seyidcəlal maşını Ehtiramın üzərinə sürüb. Dava da bundan sonra başlayıb.
 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
 

Müəllif | Apa.Tv