Yens Stoltenberq NATO-nun yeni baş katibi seçilib

Norveçin baş naziri Yens Stoltenberq NATO-nun yeni baş katibi olub. APA TV-nin məlumatına görə, yeni baş katibi səlahiyyət müddəti başa çatan Anders Foq Rasmussen təqdim edib.

 

Yens Stoltenberq oktyabrın 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Uelsdə NATO-nun yeni baş katibi Yens Stoltenberq ilə görüşərək fikir mübadiləsi aparıb.
 

Məlumat üçün bildirək ki, bundan əvvəlki baş katib Rasmussen NATO-nin 12-ci katibi olub. O bu vəzifəyə 2009-cu ildə təyin olunub.
 

Müəllif | Apa.Tv