ABŞ İŞİD-in mövqelərinə 131 aviazərbə endirib

ABŞ-ın hərbi təyyarələri İraqda İŞİD qruplaşmasının mövqelərinə növbəti hava zərbələri endirib.

 

APA TV-nin məlumatına görə, bu barədə Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı məlumat yayıb.
Zərbələr nəticəsində terrorçuların zirehli texnika və avtomobilləri, müşahidə postu və üç minaatan mövqeyi məhv edilib. Əməliyyat Mosul şəhəri ətrafındakı ölkənin ən böyük eyniadlı bəndi yaxınlığında və İraq Kürdüstanının inzibati mərkəzi Ərbildə keçirilib.
 

Bununla da ABŞ Hərb Hava Qüvvələrinin İŞİD qruplaşmasının mövqelərinə endiurdiyi aviazərbələrin sayı 131-ə çatıb.
 

Müəllif | Apa.Tv