Qurban bayramı ilə əlaqədar 4 gün iş olmayacaq

Azərbaycanda Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb. APA-nın məlumatına görə, bayramla əlaqədar 4 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 4-5 oktyabr tarixlərində qeyd olunur. Əmək Məcəlləsinin müvafiq müddəasına görə, 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək və 6 və 7 oktyabr tarixləri də qeyri-iş günü sayılacaq.

Müəllif | Apa.Tv
Apa.tv