NATO-nun Yekun Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsi!

"Biz Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə beynəlxalq hüquq, BMT Xartiyası və Helsinki Yekun Aktının norma və prinsiplərinə əsaslanan həlli istqamətindəki səyləri dəstəkləməkdə davam edəcəyik". APA TV-nin məlumatına görə, bu fikirlər NATO-nun Uelsdə keçirilən sammitinin yekununda qəbul edilən bəyanatda yer alıb. Bəyanatda həmçinin deyilir: "Bu münaqişələrin mövcudluğu narahatlıq mənbəyi olaraq qalır və regiondakı insanların Avro-Atlantik icmanın tam üzvlük potensialına çatmaq imkanlarına xələl gətirir. Biz bütün tərəfləri münaqişənin mövcud danışıqlar çərçivəsində sülh yolu ilə həlli üçün konstruktiv və gücləndirilmiş siyasi səyləri artırmağa çağırırıq”.

Xatırladaq ki, sentyabrın 4 və 5-də Uelsdə NATO Sammiti keçirilib. Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak edib.

Müəllif | Apa.Tv
Apa.tv