ABŞ hərbçilərinin olduğu təyyarə İrana məcburi eniş edib

İçərisində Amerika hərbçiləri olan təyyarə İranda məcburi eniş edib. APA TV-nin “Assosiated Press”ə istinadən verdiyi məlumata görə, İran hökuməti Baqram bazasından Birləşmiş Ərəb Əmirliklərinə uçan təyyarədən geri qayıtmağı tələb edib. Lakin pilotlar manevr edə bilmədiklərindən İranda məcburi eniş etməli olublar. "FlyDubai" şirkətinə məxsus təyyarə ABŞ hərbçilərinə icarəyə verilib.
 

ABŞ Dövlət Departamentinin verdiyi bəyanata görə, İran hökuməti sənədləşmə ilə bağlı problem olduğundan təyyarəyə bazaya geri qayıtmalı olduğunu deyib. Lakin təyyarədə kifayət qədər yanacaq olmadığından onlar İrana məcburi eniş ediblər. Məlumata əsasən, İran ərazisində bütün problemlər yoluna qoyulub və təyyarə yenidən havaya qalxaraq Dubayda eniş edib. Təyyarənin göyərtəsində 100 nəfəri ABŞ vətəndaşı olmaqla 140 sərnişin olub.

Müəllif | Apa.Tv
Apa.tv