Bakıda taxta bazarında yanğın olub - VİDEO

Bakıda tikinti materialları bazarında yanğın olub. APA TV-nin məlumatına görə, Dərnəgül şosesində yerləşən tikinti bazarındakı mağazalardan birini tam, qonşuluqdakı mağazanı isə qismən əhatə edən yanğın söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov rayon şöbəsinin 4 avtomobili və əməkdaşları cəlb edilib.
 

Yanğın təxminən 100-150 kvadratmetr sahəni əhatə edib. Yanğın söndürənlərin səyi nəticəsində yanğın söndürülüb, ətrafdakı mağazalara keçməsinin qarşısı alınıb.

Yanğının baş verməsinin səbəbləri bəlli deyil. Şahidlər yanğının tez bir zamanda bütün mağazanı əhatə etdiyini bildirir. Yanan mağazanı Şirəliyev Bahəddin adlı şəxsin icarə götürdüyü bildirilir. Yanğın nəticəsində dəymiş ziyan dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı