Türkiyənin basketbol yığması Dünya Kubokunun 1/4 finalında!

Türkiyənin basketbol yığması Dünya Kubokunun 1/4 finalına vəsiqə qazanıb. APA TV-nin məlumatına görə, türkiyəli basketbolçular Avstraliya yığması ilə qarşılaşıblar. Oyun türklərin 65:64 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda intriqa final fitinə qədər davam edib. Qarşılaşmanın son saniyələri çox dramatik keçib. Sona 1 dəqiqə qalmışadək avstraliyalı basketbolçular 5 xal fərqi ilə irəlidə olsalar da, lakin türkiyəli basketbolçuların dalbadal iki 3 xallıq atışı onlara qələbə gətirib.

Bu qələbə Türkiyə millisini Dünya Kubokunun 1/4 final mərhələsinə çıxarıb. Sentyabrın 9-da keçiriləcək 1/4 final qarşılaşmasında türkiyəlilərin rəqibi Litva millisi olacaq.
 

Müəllif | Apa.Tv
Apa.tv