Sudan Xocalı soyqırımını tanıdı!

Sudan Xocalı faciəsinin soyqırımı kimi tanınması barədə qərar qəbul edib. APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev məlumat verib.

 

Qeyd edək ki, indiyədək Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru və Honduras bu faciəni soyqırımı kimi tanıyıb. Həmçinin, Amerika Bilərşmiş Ştatlarının Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi, Vest Virginia, Connecticut, Florida ştatları da faciənin soyqırımı kimi tanınması barədə qərar qəbul edib.

Müəllif | Apa.Tv
Apa.tv