Nazir Kəmaləddin Heydərov partlayış baş verən əraziyə gedib

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xırdalanda partlayış baş verən əraziyə gedib.

 

APA TV-nin hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, nazirə son vəziyyətlə bağlı məlumat verilib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri 8 nəfəri xilas ediblər.

 

Müəllif | Apa.Tv