Xırdalanda dağıntılar altından çıxarılanların sayı 11-ə çatıb

Xırdalanda yaşayış binasında baş verən partlayış nəticəsində dağıntılar altından çıxarılanların sayı 11-ə çatıb.


 

APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində tikintisi başa çatmamış beşmərtəbəli yaşayış binasında partlayış hadisəsi ilə əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir.

 

Hal-hazırkı vaxta qədər xəsarət alan 9 nəfər və vəfat edən 2 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Müəllif | Apa.Tv
Apa.tv