Xırdalanda xilasetmə əməliyyatı başa çatıb

Xırdalanda dağıntılar altından çıxarılanların sayı 12-ə çatıb. APA TV-nin verdiyi məlumata görə, beləliklə xilasetmə işləri yekunlaşıb. Fövqəladə Hallar Nazirliyinin xiasediciləri saatlarla davam edən axtarış əməliyyatları nəticəsində 2006-ci il təvəllüdlü Aydan Abbasovanın cəsədini dağıntılar arasından çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.

 

Beləliklə partlayış baş verən binada ölənlərin sayı 3-ə çatıb.  9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, avqsutun 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb. 

Müəllif | Apa.Tv