Kürdəmirdə “SHACMAN” aşıb, sürücü ağır xəsarət alıb

Kürdəmir rayonunda yük avtomobili yoldan çıxaraq aşıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 42-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb.

 

Rayonun Qarabucaq kənd sakini, 1960-cı il təvəllüdlü Umudov Əlvan Nadir oğlu “SHACMAN” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və qumla dolu yük maşını yoldan çıxaraq aşıb.

 

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov