"Əl-Qaidə" və İŞİD birləşir

İngiltərənin “Times” qəzeti "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması haqqında yeni bir xəbər yayıb. APA TV-nin məlumatına görə,  xəbərdə bildirilir ki, terror qruplaşması "əl-Qaidə" silahlılarını öz sıralarına daxil etmək üçün hazırlıqlar görür.

 

Yaxın Şərqdə silsilə terror hadisələri və bir sıra cinayət tərkibli əməliyyatlar həyata keçirən İŞİD-çilər "əl-Qaidə" silahlılarını da aralaraına qataraq beynəlxalq koalisiya qurmağa çalışırlar.

 

Terrorçu qruplaşma Pakistanın Pişəvər şəhərində 12 səhifəlik üzərində AK-47 model avtomat şəkli və “Zəfər” yazılan broşürlər paylayıb.

 

İngilis qəzetinin yaydığı xəbərdə, kütləvi edam və baş kəsmə görüntüləri ilə Asiyanın cənubunda müəyyən təəssüratlar yaradan İŞİD-lə müqayisədə "əl-Qaidə"nin artıq gündəmdə olmadığı və Talibandan ayrılan "Camaat-ül Əhrar" qruplaşmasının da İŞİD-ə dəstək verdiyi bildirilir.

 

Qeyd edək ki, Pakistan ordusunda bu terror qruplaşmasına qatılanların öldürüləcəyi barədə xəbərdalıq edilib.

 

Müəllif | Apa.Tv