Çili metrosunda partlayış törədilib

Çilinin paytaxtı Santyaqoda terror aktı törədilib. APA TV-nin məlumatına görə, paytaxtın metro stansiyalarından biri parladılıb. Ölənlər barədə məlumat verilməsə də, partlayış nəticəsində 6 nəfərin xəsarət aldığı bildirilir.

 

Polisin nümayəndəsi bildirib ki, partlayış “Hərbi məktəb” (Escuela Militar) stansiyasında baş verib. Partlayıcı qurğu zibil qutusuna qoyulubmuş. Xoşbəxtlikdən partlayış zamanı platformada az adam olub.

 

Partlayışdan sonra Santyaqo metrosunun bütün stansiyaları təcili boşaldılıb. Çili polisi terorrçuların axtarşı ilə bağlı xüsusi əməliyyata başlayıb.

 

Müəllif | Apa.Tv