Ermənilər mövqelərimizi atəşə tutublar

Cəbhədə atəşkəs rejimi yenidən pozulub. Müdafiə Nazirliyinin mətbaut xidmətindən APA TV -yə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şuraabad, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.  

Müəllif | Apa.Tv
Apa.tv