Xaçmazda iki “VAZ 2107” toqquşub, 6 nəfər yaralanıb

Xaçmazda iki “VAZ 2107” maşını toqquşub, 6 nəfər xəsarət alıb. Hadisə sentyabrın 8-i axşam saatlarında Xaçmaz rayonu ərazisində qeydə alınıb. APA TV-nin şimal bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi rayonun Pirquluoba kəndi ərazisində baş verib. Samir Tarverdiyevin idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Vahid Cəbrayılovun idarə etdiyi eyni markalı avtomaşın toqquşub. Qəza nəticəsində hər iki maşında olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar Xaçmaz rayonu, Pirquluoba kənd sakinləri 1982-ci il təvəllüdlü Samir Tarverdiyev, 1992-ci il təvəllüdlü Rəşad Tarverdiyev, və Bakı şəhəri, Qobustan qəsəbə sakinləri, 1987-ci il təvəllüdlü Kamran Qədirov 1985-ci il təvəllüdlü Vahid Cəbrayılov, 1989-cu il təvəllüdlü Elvin Cəfərov və Əlsafa İmamquliyevdir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır. 

Müəllif | Apa.Tv
Vəli Turan