Azərbaycanda bələdiyyələrin sayında dəyişiklik ediləcək

Milli Məclisinin regional məsələlər komitəsinin payız sessiyasında 3 qanun layihəsinin hazırlanması və müzakirəsi nəzərdə tutulur. Bu barədə komitənin sədri Arif Rəhimzadə deyib.

Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycanda bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi haqqında”, “İnzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” və bəzi qanunlara dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri müzakirə olunacaq.

Hesabat dövründə komitənin ünvanına daxil olan 197 məktub, təklif, ərizə və şikayətlərə baxılıb. Onlardan 99-u araşdırılması üçün aidiyyəti təşkilatlara göndərilib. Komitənin üzvləri tərəfindən 557 vətəndaş qəbul edilib
 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı