Bakıda bəzi marşrut avtobuslarında gediş haqqı dəyişib - SİYAHI

Bakıda şəhərətrafı marşrutların gediş haqqında dəyişikliklər edilib. Tarif Şurasının sentyabrın 5-də etdiyi dəyişiklikdən sonra 23 marşrut üzrə qiymətlər dəyişib.


Qərara əsasən, hərəkət sxemləri dəyişdirilmiş şəhərətrafı və qəsəbələrarası marşrutlarda qiymət məsafələr üzrə mövcud tariflərə uyğun olaraq qruplaşdırılıb. Nəticədə, 15 marşrut üzrə məsafələr artdığından, 8 marşrut üzrə isə azaldığından gediş haqqı qiymətlərində də dəyişiklik baş verib.

 

Bununla 102, 106,139, 168,169 və 182 nömrəli marşrutlarda gediş haqqı 25 qəpik olub. 112 nömrəli marşrutda isə qiymət 30 qəpikdən hesablanacaq. 140 və 211 nömrəli marşrutlar indi 25 km-dən 30 km-dək qrupunda qərarlaşdığından, bu marşrutlarda gediş haqqı 30 qəpik olacaq. 196 nömrəli marşrutda gediş haqqı 35 qəpik təşkil edəcək.

 126, 149, 194 nömrəli marşrutların məsafəsi artdığından sərnişinlər gediş haqqı üçün  qəpik ödəməlidir. 164 və 171 saylı marşrutlarda isə qiymət 50 qəpik olub.

 

202 nömrəli marşrutda dövrün uzunluğu qısaldığından gediş haqqı 25 qəpikdən 20 qəpiyə qədər azalıb. 131, 146, 181, 189, 203 və 215 nömrəli marşrutlarda dövrün uzunluğu dəyişdiyindən tariflər 30 qəpikdən 25 qəpiyə düşüb. 114 nömrəli marşrutda gediş haqqı əvvəlki kimi 50 qəpik yox, 30 qəpikdir.

 

Marşrut

Qiymət

102

25 qəpik

106

25 qəpik

139

25 qəpik

182

25 qəpik

168

25 qəpik

169

25 qəpik

112

30 qəpik

140

30 qəpik

211

30 qəpik

196

35 qəpik

126

35 qəpik

149

35 qəpik

194

35 qəpik

164

50 qəpik

171

50 qəpik

202

20 qəpik

131

25 qəpik

146

25 qəpik

181

25 qəpik

189

25 qəpik

203

25 qəpik

215

25 qəpik

114

30 qəpik

 

 

Tarif (qiymət) Şurasından APA TV-yə verilən məlumatda görə, sərnişindaşıma xidmətlərinin tariflərinin artırılmayıb. Tariflərin artırılması barədə bəzi KİV-lərdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı