Bakıda güclü şimal küləyi əsəcək

Yaxın iki üç  gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, sentyabrın 10-da şimal küləyinin güclənməsi proqnozlaşdırılır.

 

Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib ki, sentyabrın 11-12-də mülayim şimal şərq küləyi əsəcək. Havanın temperaturu isə günorta saatlarında 27-32 dərəcə arasında dəyişəcək.

 

Bölgələrdə də yaxın iki gün ərzində əksər rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir: "Lakin 10-da gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. 10-da ayrı-ayrı rayonlarda qərb küləyinin güclənməsi müşahidə olunacaq. Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 30-35, dağlarda isə günorta saatlarında 20-25 dərəcə intervalında dəyişəcək".

 

Sentyabrın 10-da Abşeron yarımadasında şimal küləyinin güclənməsi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova