Nijni Novqorodda azərbaycanlılarla ruslar arasında kütləvi dava olub

Sentyabrın 9-da saat 12.00 radələrində Nijni Novqorodda azərbaycanlılarla ruslar arasında kütləvi dava olub. APA TV-nin xəbərinə görə, hadisə şəhərin iki mərkəzi küçəsinin kəsişməsində baş verib. Şahidlərin dediyinə görə, davanı slavyan görünüşlü şəxs başlayıb. 19 yaşlı azərbaycanlının avtomobili park etməsi onun xoşuna gəlməyib. Onlar arasında dava başlayıb. Hər iki şəxsin yanında olanlar da mübahisəyə qoşulub və kütləvi dava olub. Lakin davanı başlayan şəxs hadisə yerindən qaçıb. Hadisə yerinə 3 polis maşını və bir təcili tibbi yardım maşını gəlib. Başından zədələnmiş gənc azərbaycanlı tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Digər iki şəxs isə yaraları yüngül olduğundan tibbi yardımdan imtina edib.

 

Müəllif | Apa.Tv