67 sort nar yetişən Göyçayda quraqlıq...

Göyçayda havaların isti və yağmursuz keçməsi narçılığa mənfi təsir edib. APA TV-nin xəbərinə görə, fermerlər deyirlər ki, havanın isti keçməsi nar bağlarında bir sıra xəstəliklərin yayılmasına gətirib çıxarıb. Ağaclardakı meyvələr vaxtından əvvəl çürüyərək məhv olub.

    

Fermer Ruslan Məmmədovun sözlərinə görə, quraqlıqla bağlı ağaclar susuz qalıb, narlarda rəng yoxdur.

 

Boz çürümə, göbələk və qara pal xəstəlikləri yetişməzdən öncə meyvənin məhvinə səbəb olur. Yay aylarında bağlarda çürümə və digər xəstəliklərə qarşı mütəmadi olaraq aparılan dərmanlama işləri nəticəsiz qalıb. Əvvəllər bir hektar nar bağından 5-6 ton nar məhsulu yığmaq olurdusa, indi bu rəqəm 2 tondan artıq olmur. Mütəxəssislərin sözlərinə görə, bu il nar ağacları əvvəlki illərə nisbətən daha tez bar verib. Hər il nar yığımına oktyabrda başlanılırdısa, bu il bəzi kəndlərdə artıq məhsul tədarükünə start verilib. Kəndlilər narın vaxtından əvvəl çürüyərək tələf olmaması üçün məhsulu tez bir zamanda toplayaraq satmağa üstünlük verirlər. 

 

Elmi işçi Elçin İsmayılov bildirib ki, su olmayan sahələrdə narlarda şişmə halı olmayıb.

 

Göyçayda narın 67 sortu yetişdirilir. Ötən il rayonda 43 min ton nar tədarük edilib.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov