Türkiyədən biabırçı məğlubiyyət
Futbol üzrə Türkiyə millisi "Avro 2016"-nın seçmə mərhələsinə biabırçı məğlubiyyətlə başlayıb. Türkiyəli futbolçilar səfərdə İslandiya yığmasına 3:0 hesabı ilə məğlub olub.
Ev sahibi qarşılaşmaya çox sürətli başladı və 18-ci dəqiqədə ilk qol vurulub.
Türkiyə millisinin çox zəif təsir bağışladığı ilk hissə islandiyalıların 1:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci hissə də fərqli olmayıb. Ötürmələrdə və hücumda çətinlik çəkən Türkiyə millisi qarşılaşmanın 59-cu dəqiqəsində azlıqda qalıb. Ömər Toprak 4 dəqiqə ərzində gördüyü iki sarı kartdan sonra meydandan qovulub.
Bundan sonra Türkiyə millisi daha çox çətinlik çəkməyə başlayıb. İslandiyalılar gözəl qolla hesab arasındakı fərqi artırıblar:
Cəmi 1 dəqiqə sonra türkiyəli futbolçular qapılarında üçüncü qolu görüblər və bu, qarşılaşmadakı sonuncu qol olub.