Ağdamda ağır qəza: 1 ölü, 6 yaralı

Ağdamda 1 nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

 

"VAZ 21099" və "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılara əvvəlcə Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

 

Daha sonra onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər. Yaralılardan biri Bərdə xəstəxanasında ölüb.

 

Ağdam Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerndə ilkin araşdırma aparıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv