Cəlilabadda 23 yaşlı oğlan qətlə yetirilib
Cəlilabadda qətl törədilib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 9-da gecə saatlarında rayonun Maşlıq kəndində qeydə alınıb. Kənd sakini, 23 yaşlı Elman Həsənov yaxın qonşusu və həmkəndlisi olan 23 yaşlı Həbib Şahbazovu aralarında baş verən şəxsi münaqişə zəminində çoxsaylı bıçaq zərbəsi ilə ölümcül yaralayıb. Dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan zərərçəkənə müvafiq tibbi yardım göstərilməsinə baxmayaraq, coxlu qan itirdiyindən o, cərrahiyə stolunda keçinib.
Elman Həsənov yaxalanıb, faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb.