Samuxda keçmiş məhkum həmkəndlisini bıçaqlayıb
Samuxda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb. Kənd sakini, əvvəllər məhkum olunmuş 41 yaşlı Kamran Mehdiyev münaqişə zəminində həmkəndlisi, 43 yaşlı Ramiz Quliyevə bıçaqla xəsarət yetirib. R. Quliyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta ağır olduğunu bildirirlər. Cinayəti törədən K. Mehdiyev hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Samux rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.