Balakəndə avtomobilin vurduğu at ölüb

Balakəndə 11 yaşlı oğlanı maşın vurub. Rayon Polis Şöbəsindən APA TV-yə  verilən məlumata görə, hadisə rayonun Talalar kəndində qeydə alınıb. Balakən rayonu Qullar kənd sakini, 1991-ci il təvəllüdlü  Teymur Oqtay oğlu Məmmədteyev idarə etdiyi “VAZ 21074” markalı avtomobillə yolun kənarı ilə gedən atı vurub. Həmin vaxt onun həmkəndlisi, 2003-cü il təvəllüdlü Mahmud Elxan oğlu Novruzov atın belində olub. Ağır bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Həkimin dediyinə görə, əməliyyat zamanı uşağın dalağı çıxarılıb.

 

Avtomobilin vurduğu at isə ölüb. Faktla bağlı Balakən rayon PŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov