Zaqatalada itkin düşən gənc ana və körpəsi tapılıb
Zaqatalada bir ay əvvəl evdən gedən gənc ana və azyaşlı övladı geri dönüb. Zaqatala polisi tərəfindən barəsində axtarış elan edilən 23 yaşlı Ruqiyyət Şaban qızı Quliyeva evdən getməsinin səbəbini APA TV-yə açıqlayıb. Gənc ana deyib ki, ərindən incidiyi üçün üç yaşlı övladını da götürüb, evdən gedib. Qadının sözlərinə görə, o, öncə Gəncə şəhərinə gedib. Avqust ayının 8-də isə televiziya kanallarında barəsində axtarış elan olunduğunu eşidir. Bunu eşitdikdən sonra Gəncədən Bakı şəhərində yaşayan rəfiqələrinin yanına gedən Ruqiyyət Quliyeva onların təkidi ilə Zaqatalaya, anasının yanına geri dönüb. Ruqiyyə Quliyeva tutduğu əməldən peşiman olduğunu deyir.
Qeyd edək ki, rayonun Car kənd sakini Samirat Nurəddin qızı Qarayeva avqustun 14-də RPŞ-yə ı müraciət edərək, Çökək kəndində ərdə olan qızı - 1991-ci il təvəllüdlü Ruqiyyət Şaban qızı Quliyeva və onun 2011-ci il təvəllüdlü qızı Üneysət Rövşən qızı Quliyavanın avqustun 12-də evdən naməlum istiqamətə getdiyini, bir daha geri qayıtmadığını deyib. Samirat Qarayeva APA TV-yə bildirmişdi ki, qızı ailə qurduqdan sonra əri Rövşən Quliyevlə birlikdə bir müddət Rusiya Federasiyasının Perm şəhərində yaşayıb. Hazırda R. Quliyev Permdə işləyir.