Aeroport yolunda iki "Mercedes" toqquşub

Bakıda, aeroport yolu, Zığ şössesində ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, qəza zamanı Seyidəhməd Kaştayev və Siyab Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Qəza zamanı maşında olan sərnişinlərdən  Əhməd Ramazanov ağır yaralanıb. O, deformasiyaya uğrayan maşının içində sıxışdığından əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırılıb. Maşında sıxılıb qalan sərnişin xilas edilərək təcili yardım vasitəsi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.

 

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yola qəfil çıxan it səbəb olub.  Yararsız hala düşən avtomobillər ərazidən evakuasiya edilib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv