Bakının mərkəzində "Nissan"a çırpılan "Kia" aşıb
Bakının Səbail rayonunda maşın aşıb. APA TV-nin məlumatına görə, hadisə Qız qalasının yaxınlığında qeydə alınıb. "KİA" markalı avtomobilin sürücüsü Mehman Zeynalov maşını Fuad Mürvətovun idarə etdiyi "Nissan"a çırparaq aşırıb. Hadisə yerinə Dövlət Yol Polisinin Səbil Rayon Şöbəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya bir başqa maşının "KİA"nın yoluna çıxması səbəb olub. Qəza zamanı sürücü Mehman Zeynalov yüngül xəsarət alıb, avtomobili isə yararsız vəziyətə düşüb.
Yol polisindən APA TV-yə verilən məlumata görə, artıq onlar ərazidə olan təhlükəsiz şəhər kameralarına baxış keçirərək qəzanın səbəbkarını axtarışlarına başlayıblar. Faktla balğı araşdırma aparılır.