Qaxda qəza! Avtomobil kanala aşdı!
Sərxoş vəziyyətdə avtomobil idarə edən Gəncə şəhər sakini magistral yolda qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Qax rayonunun Tasmalı kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 53 yaşlı Vahid Mustafayev idarə etdiyi "Mitsubishi"markalı, 20 CV 186 dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu istiqamətində hərəkətdə olarkən, yolun kənarında dayanmış “VAZ-2106” markalı, 10 DA 976 dövlət nömrə nişanlı avtomobili vurub. Qəzadan sonra idarəetməni itirən sürücü Vahid Mustafayev avtomobili yolun kənarındakı kanala aşırıb. Qəza nəticəsində sürücü xəsarət almasa da, onun həyat yoldaşı Cəmilə Mustafayeva aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına(RMX) çatdırılıb. Qax RMX-dan APA TV-yə verilən məlumata görə, qəzaya nəticəsində xəsarət alan yaralı Cəmilə Mustafayevanın bədəninin müxtəlif yerlərində əziklər aşkarlanıb və müalicəsi cərrahiyyə şöbəsində aparılır. Hazırda vəziyyəti orta-stabil qiymətləndirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.