Mövqelərimiz atəşə tutulub

Erməni silahlı qüvvələri ötən gün də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub. APA TV-nin xəbərinə görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv