Şəkidə Beynəlxalq Teatr Festivalı keçirilir
Şəkidə I Beynəlxalq teatr festivalına start verilib. APA TV-nin məlumatına görə, festival çərçivəsində Azərbaycan milli peşəkar teatrının 142-ci mövsümünün təntənəli açılış mərasimi keçirilib.
Şəkidə ilk dəfə olaraq keçirilən beynəlxaq festivalda iştirak edən qonaqlar Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının foyesində görkəmli gülüş ustası Lütfəli Abdullayevin 100 illiyinə həsr olunan və Azərbaycan teatrının keçdiyi tarixi yoldan bəhs edən sərgilərlə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, son 8 ildə Azərbaycan teatrlarında 750-dən çox yeni tamaşa və yaxud bərpa olunan tamaşa səhnəyə qoyulub.
Rəsmi açılış mərasimindən sonra Şəki Dövlət Dram Teatrında İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsəri əsasında hazırlanan tamaşanı təqdim edilib.