Xaçmazda iki "VAZ" toqquşdu: 3 yaralı

Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində, Gəndob-Yalama yolunun 18-ci km-də yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 1979-cu il təvəllüdlü Vüqar İslamovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Şabran şəhər sakini Vüqar Məmmədovun idarə etdiyi “VAZ 21015” markalı avtomaşın toqquşub. Hadisə nəticəsində hər iki maşının sürücüsü və “VAZ 2107”-də olan sərnişin, Xaçmaz rayonu Üçkün kənd sakini, 1986-cı il təvəllüdlü Qalib Əsədov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alanlardan V.Məmmədov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. “VAZ 2107”-nin sürücüsü və sərnişinin vəziyyətləri orta ağır olduğu üçün müalicələri Xaçmaz MRX-da davam etdirilir.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan