Bu il Bakıda 7 məktəb direktoru vəzifəsindən azad olunub

“Sentyabrın 20-də Bakıda müəllimlərin sınaq qiymətləndirilməsində iştirak etməmiş müəllimlərin sınaq qiymətləndirilməsi aparılacaq”. 

 

APA TV-nin bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir əvəzi Elnur Əliyev bildirib. O qeyd edib ki, bu ilin iyun ayında keçirilən müəllimlərin sınaq qiymətləndirilməsində Bakı məktəblərinin müəllimlərinin 96 faizi iştirak edib. Müəllimlərin 14,4 faizi qiymətləndirilmədə zəif, 85,6 faizi qənaətbəxş nəticə göstərib.

 

Elnur Əliyev bildirib ki, Bakı şəhərində 2013-2014-cü tədris ilində 20155 şagird attestat alıb. Gələn ildən etibarən isə  şagirdlərin məktəblərə qəbulu elektron formada həyata keçiriləcək: "Bu prosesdə məktəb seçimi elektron şəkildə valideyn tərəfindən, sinif seçimi müəllim seçimi isə xüsusi proqram tərəfindən həyata keçiriləcək. 2015-2016-cı tədris ili üçün bizdə həmin sistem fəaliyyət göstərəcək".

 

İdarə müdiri qeyd edib ki, bu il Bakı məktəblərində 45 saxta diplom aşkarlanıb. Bundan əlavə, 7 məktəb direktoru vəzifəsindən azad olunub, 32 məktəb direktoru intizam məsuliyyətinə cəlb edilib. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova