Ofisiantların pullarını əllərindən alan fəhlələr yaxalanıb

Bakı sakinləri Əlisahib Dünyamalıyev və Şamil Quliyev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edərək bildiriblər ki, ofisiant işlədikləri şadlıq sarayından gecə çıxıb evlərinə gedərkən Neftçilər metrostansiyasının yaxınlığındakı parkda  tanımadıqları şəxslər onların qarşılarını kəsiblər, pul və mobil telefonlarını alıb qaçıblar. APA TV-nin xəbərinə görə, keçirilən tədbirləri quldurluq hadisəni törətməkdə təqsirli bilinən Cəlilabad sakini Orxan Məmmədov, Astara sakini Şamxal Şahverdiyev və Ucar sakini İsmayıl Hüseynov saxlanılaraq istintaqa təhvil veriliblər.

 

Hadisəni törətməkdə təqsirləndirilənlər 8-ci kilometr bazarında arabacı işləyiblər. İşdən sonra qazandıqları pullarıb barda xərcləyən tanışlar ordan pulsuz cıxdıqlarından quldurluq etmək qərarına gəliblər. Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv