Dənizkənarı Milli Parkda cinayət: 22 yaşlı oğlan bıçaqlanıb

Ötən gecə Dənizkənarı Milli Parkda cinayət hadisəsi baş verib. APA TV-nin məlumatına görə, bulvarda adam bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları gəliblər və ilkin araşdırmalara başlanılıb.

 

Araşdırma nəticəsində məlum olub ki, bıçaqlanan şəxs 22 yaşlı Həsənov Saleh Tofiq oğludur. Ağır yaralanan gənc hadisə yerinə çağırılan təcili tibbi briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Saleh Həsənov dərhal əməliyyat olunub. Həkimlərin sözlərinə görə, bıçaq onun qaraciyərini zədələyib.

 

Hadisənin hansı şəraitdə baş verməsi və motivi məlum deyil. Faktla bağlı Səbael Rayon Polis İdarəsində cinayət işi başlanıb və 22 yaşlı gənci bıçaqlayanın tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

 

Müəllif | Apa.Tv