Mövqelərimiz bir neçə istiqamətdə atəşə tutulub

Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub. Bu barədə APA TV-yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, dünən və bu gecə Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 

Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv