Hüseyn Bağırov Ağstafada sakinlərlə görüşüb

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ağstafa şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında 3 rayondan olan sakinlərlə görüşüb. APA Tv-nin xəbərinə görə, qəbulda nazirlə yanaşı, idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb. Müraciətlər əsasən, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, içməli və suvarma suyu, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

 

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli